hemle

Netanyahu ilə bu 3 məsələdə razılaşmadığı üçün qovulub: Qallant detalları açıqladı

Tarix:6-11-2024, 09:29
Baxış Sayı:398



İsrailin keçmiş müdafiə naziri Yoav Qallant baş nazir Benyamin Netanyahu tərəfindən işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Qallant “X” platformasından məsələ ilə bağlı qiymətləndirmələr edib.

O, işdən çıxarılmasının Netanyahu ilə üç məsələdə fikir ayrılığının nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, bunlardan birincisi, onun hərbi yaş dövründə olan hər kəsin hərbi xidmətə getməsi lazım olduğu fikrində olmasıdır.

Qallant İsrailin apardığı müharibədə yüzlərlə əsgərin öldüyünə və bu şərtlər altında hər kəsin İsrail ordusunda xidmət etməsinin lazım olduğuna diqqət çəkib. O, ultra-pravoslav yəhudiləri (Haredim) hərbi xidmətdən azad edən qanun layihəsini “ayrı-seçkilik və korrupsiya” adlandırıb.

Keçmiş nazir işdən çıxarılmasının ikinci səbəbinin Qəzzadakı israilli əsirlərin evlərinə qaytarılması ilə bağlı mövqeyinə sadiq qalması olduğunu bildirib. O, əsirlərin ölkəyə qaytarılmasının tez bir zamanda təmin edilməsinin vacibliyini və bunun mümkün olduğunu vurğulayıb.

Qallant son olaraq qeyd edib ki, üçüncü mübahisəli məsələ 7 oktyabr 2023-cü il hadisələrində hərbi və kəşfiyyat uğursuzluqları ilə bağlı rəsmi istintaq komitəsinin yaradılmasında israrlı olmasıdır.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq