hemle

etanyahu: "Qüds İsrailin paytaxtı olaraq qalacaq və bölünməyəcək"

Tarix:22-05-2020, 15:12
Baxış Sayı:410

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün İsrail tərəfindən işğalının 53-cü ildönümündə çıxış edib.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Netanyahu Qüdsün İsrailin paytaxtı olaraq qalacağını və bölünməyəcəyini iddia edib: "Həmçinin mən bu mövqeyi hökumətdəki yeni tərəfdaşlarıma elan etməkdən məmnunam".

1967-ci ildə başlayan Şərqi Qüdsdə İsrail işğalının 53-cü ildönümü ilə əlaqədar yüzlərlə yəhudi nəqliyyat vasitələri ilə meydana axın ediblər.

Şərqi Qüdsün müxtəlif yerlərində nümayişlər təşkil edən yəhudilər, Məscidül-Əqsa da daxil olmaqla Qədim Şəhər ətrafında İsrail bayraqları ilə yürüş ediblər.

Qeyd edək ki, İsrail 1967-ci il müharibəsi zamanı Şərqi Qüdsü işğal edib.

F.Ağayeva

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi