hemle

Konstantinopolu türklərin dağıtdığını deyən Jirinovskiyə Putindən cavab: “Unutmayaq ki...”

Tarix:19-02-2021, 22:48
Baxış Sayı:349

Rusiyada Dumada təmsil olunan fraksiya liderləri ilə onlayn görüşdə Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.

Bu barədə görüşün Kremlin rəsmi saytında yayılan mətnində qeyd edilir.

Belə ki, Jirinovski xarici qüvvələrin müdaxiləsi mövzusundan danışan zaman Rusiyanın 988-ci ildə xristianlığın Bizans qolunu qəbul etdiyini xatırladıb və deyib ki, əvvəl kilsələr birləşdi, o zaman ayrılacağını bilmirdik.

İkinci, ortodoks, yəni Konstantinopol xristian dünyasının ən varlısı, ən güclüsüydü, ancaq Şərqdən türklər gəldi və 1453-cü ildə Konstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq:

“Biz katolik və ya xristian deyilik. Xristian dünyasında yetim qaldıq. Onların dünyasında yad olduq”.

Putin isə cavab olaraq deyib: “Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldi, Ortodoks imperatorluğunu yıxdı deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, Şərqdən türklər gəlməzdən əvvəl Qərbdən səlibçilər gəldi, bu da Ortodoks imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”.

Digər xəbərlər
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ