hemle

PUTİN VƏ CONSON ARASINDA TELEFON DANIŞIĞI OLDU

Tarix:8-05-2020, 19:51
Baxış Sayı:392

Rusiya Prezidenti Vladimir Putinlə Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında ilk telefon danışığı olub.

ONN media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Hər iki lider nasizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə bir-birlərinə təbriklərini çatdırıblar.

“Vladimir Putin xüsusilə müharibə dövündə sovet ordusunun lazımi silah və ləvazimatları almasına kömək edən Şimal konvoylarının iştirakçısı olmuş ingilis dənizçilərini xatırlayıb. Boris Conson öz növbəsində, Britaniya xalqı adından Sovet İttifaqının və onun silahlı qüvvələrinin ortaq düşmən üzərində Qələbənin əldə edilməsinə verdiyi həlledici töhfəyə görə minnətdarlığını bildirib”, – deyə Kremlin məlumatında deyilir.

Putinlə Conson ikitərəfli məsələlər və aktual beynəlxalq problemlər üzrə qarşılıqlı dialoqa və əlaqəyə hazır olduqlarını bildiriblər.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək