hemle

“Azərbaycanı ləğv edib Bakı quberniyası yaradacağıq” – Jirinovski - Atəş.az

Tarix:8-02-2017, 20:38
Baxış Sayı:513

Jirinovski keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin bu respublikalara necə “sərfəli olacağını” əsaslandırmağa çalışıb. Deyib ki, belə olan halda həmin respublikalar “artıq nə varsa” hamısını Rusiyaya sata biləcəklər. Məsələn, Tacikistan Rusiyaya faraş kələm və çiyələk satacaq. Özbəkistanla Qırğızıstan arasında su problemi öz-özünə həll olunacaq. Çünki Rusiya sərhədləri ləğv edəcək və hamını “nə lazımsa onunla təmin edəcək”.

Jirinovski keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də “öz-özünə həll olunacağını” deyib. “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”-Jirinovski bildirib.

LDPR liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı “xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar. “Mən özüm Alma-Atada doğulmuşam, ora rus şəhəri, Rusiyanın forpostu olub, Asiyada ən sadiq forpostu. Qazaxlar isə ancaq alaçıqlarda yaşayıb qoyun otarırdılar, qoyun yunundan corab, sviter toxuyurdular, ət tədarük edirdilər və s. Hamısını korlayan bolşeviklər oldu, onlara zorla təhsil, mədəniyyət verdi, nəticədə axışıb gəldilər Rusiyaya”-Jirinovski deyib.

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı