hemle

Azərbaycan ötən ay qaz hasilatını və nəqlini nə qədər artırıb?

Tarix:18-02-2021, 17:55
Baxış Sayı:307

Azərbaycanda 2021-ci ilin yanvar ayı ərzində 3 milyard 518,4 milyon kub metr təbii qaz, 2 milyard 604,4 milyon kub metr əmtəəlik qaz hasil edilib.

hemlemedia.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, hasil edilən təbii qazın həcmi ötən ilin yanvar ayı ilə müqayisədə 0,6 faiz, əmtəəlik qazın həcmi isə 7,9 faiz artıb.

Ötən ay ərzində magistral qaz kəmərləri ilə 3 milyard 549,3 milyon kub-metr qaz nəql edilib. Bu, əvvəlki ilin yanvar ayına nisbətən 12,2 faiz çoxdur.

Qeyd edilib ki, qaz nəqlinin 45,3 faizi Bakı-Tbilisi-Ərzurum, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib və 1 milyard 607,1 milyon kub metr qaz ötürülüb.

Digər xəbərlər
10:50 Bu gün 33 dərəcə isti olacaq
10:46 "Telegram" sözə baxmadı, Rusiya CƏZALANDIRDI
10:39 Rusiya ordusu bu istiqamətdə sürətlə irəliləyir
10:32 Almaniya risk edir - ABŞ-dan xəbərdarlıq
10:24 Bakıda üç avtomobil toqquşdu, bir saatdan çox sıxlıq yarandı
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?