hemle

Məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələlər müzakirə edilib

Tarix:5-02-2021, 13:52
Baxış Sayı:315

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

hemlemedia.az xəbər verir ki, münaqişənin davam etdiyi 30 ilə yaxın dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Qonağa işğal dövründə ərazilərimizə dəymiş ziyanın qiymətləndirilməsi, zəruri infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işi sürətləndirilib, yaşayış yerlərinin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına üstünlük verilməsi nəzərdə tutulur. Ölkə rəhbərinin tapşırığı əsasında, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı, Böyük Qayıdışın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı və Tədbirlər Planı hazırlanıb.

Komitə sədri məcburi köçkünlərin artıq öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparıldığını diqqətə çatdırıb. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qeyd edib ki, təmsil etdiyi qurum qaçqın və məcburi köçkünlərlə bağlı öhdəsinə düşən vəzifələrlə bağlı əməkdaşlıq etməyə hazırdır, bu istiqamətdə səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir