hemle

Evi yanan məcburi köçkünlər:

Tarix:14-11-2018, 15:04
Baxış Sayı:500

Bakının Binəqədi rayonunda məcburi köçkünlərin yaşadığı binanın 3-cü mərtəbəsində yanğın baş verib.

Yanğın nəticəsində ölən və yaralanan olmayıb, sakinlər bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, yanğın nəticəsində 46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.
Komitə həm də qeyd edib ki, müvəqqəti sığınacaq üçün 15 çadır quraşdırılıb, yataq dəsti və müvafiq avadanlıqları təchiz edib.
Sakinlər deyir ki, bina uzun müddətdir qəzalı vəziyyətdədir.
Yanğın söndürülərkən isə aşağı mərtəbələrdəki mənzillər də su içində qalıb.
Sakinlər binada yaşamağın mümkün olmadığını deyirlər və evlə təmin edilməyi istəyirlər.
Zərərçəkənlər üçün binanın yaxınlığında çadır qurulub. Əraziyə gələn "Qaçqınkom"-un sədri Rövşən Rzayev sakinlərin evlə təmin ediləcəyini deyib.

Azər Azadzadə Atəs

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı