hemle

Əsl erməni...

Tarix:10-11-2018, 13:00
Baxış Sayı:427

Ermənistan prezidenti Armen Sarkisyan İsveçrə və Fransa telekanallarına bir müddət əvvəl verdiyi müsahibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi ilə bağlı suala nə üçün elə cavab verdiyinə aydınlıq gətirib.

Media nümayəndələrinin suallarını cavablandıran A.Sarkisyan o cavabının siyasi bir açıqlama olmadığını deyib.

Sarkisyan bildirib ki, həmin müsahibə zamanı Erməni-Türk münasibətləri ilə bağlı açıqlama verməyib. Onun sözlərinə görə, bu cür açıqlamalar Ermənistan Xarici İşlər Nazirliyi və ya hökümət tərəfindən verilə bilər. O, belə bir mövqenin əsl erməni yanaşması olduğunu deyib.

“Müsahibə vaxtı jurnalist qəfildən mənə bir sual verdi. Sual çox bəsit idi, “əgər indi qarşınızda Ərdoğan (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) olsaydı nə deyərdiniz?” sualına səhər saatları olduğu üçün “Sabahınız xeyir” və bir də “danışacağımız məsələlər var” deyərdim şəklində cavab verdim”, - deyə A.Sarkisyan bildirib.

Qeyd edək ki, A.Sarkisyan bundan əvvəlki müsahibəsində Rəcəb Tayyib ərdoğanla görüşəcəkləri zaman onunla bu cür danışacağını bildirmişdi:


Sarkisyandan Ərdoğana ŞOK MÜRACİƏT: "Mənim əcdadlarım..."
“Sabahınız xeyir, hörmətli prezident. Müzakirə etməli olduğumuz məsələlər olduğunu düşünürəm. Sən Türkiyənin, mən də Ermənistanın prezidentiyəm. Atalarım, ailəm Bitlis, Van və Ərzurumludur. Niyə öz keçmişimiz haqqında danışmırıq? Gələcək və haqlarımız haqqında danışmalıyıq. Xristianlıq əfv etməyi öyrədir”

Azər Azadzadə Atəs.

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək