hemle

10 ton ölmüş heyvan əti satan şəxslər saxlanılıb - FOTO/VİDEO

Tarix:2-02-2021, 10:47
Baxış Sayı:289

Salyan rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirilmiş əməliyyat nəticəsində müəyyən edilib ki, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Kərimov həmyerlisi Davud Əhmədovla birgə ölmüş at və iribuynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə Elçin Kərimov Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq özünə məxsus fermada toplayıb. Daha sonra orada adları çəkilən şəxslər tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin və digər ətlərin sümükləri ayrılandan sonra mal əti adı ilə Elçin Kərimov tərəfindən Bakı şəhərində satılıb.

Baş İdarənin əməkdaşları tərəfindən Elçin Kərimova məxsus fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 10 ton mal və at əti aşkar olunaraq maddi sübüt kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə Elçin Kərimov və Davud Əhmədov barəsində cinayət işi başlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib. Şəxsiyyəti məlum olan digər dəstə üzvlərinin saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.










Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir