hemle

Bakıda xüsusi əməliyyat keçirildi - 11 nəfər saxlanıldı

Tarix:11-01-2021, 18:04
Baxış Sayı:386

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub.Onun evində axtarış aparılan zaman 9 kiloqrama yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə marixuana aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş vətəndaş Polad Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd "Mauzer" markalı tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən vətəndaş Rəşad Ələsgərli tutulub.Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança aşkar edilərək götürülüb.

Baş İdərənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş vətəndaş Əkbər Nağıyev tutulub.Onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş "TOZ" markalı ov tüfəngi və həmin silaha aid 8 ədəd patron aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb.Onun yaşadığı evə baxış zamanı 1 ədəd "Marqolin" konstruksiyalı tapança, həmin silaha məxsus 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb.Onun üzərindən bir ədəd "Makarov" markalı tapança,həmin silaha aid 1 ədəd səsboğucu, 1 ədəd daraq və 7 ədəd patron aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib.Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kiloqram narkotik vasitə aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub.Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Naqan" tipli tapança aşkar edilib.

İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 2 nəfər - Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar.Bu şəxslərdən 5 qramdan artıq narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.






Digər xəbərlər
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA