hemle

"Bandotdel" əməliyyat keçirdi: Saxlanılan var

Tarix:11-12-2020, 17:08
Baxış Sayı:334

Sumqayıt sakinindən odlu silah və patronlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan iki ədəd bıçaq aşkarlanıb. Ona məxsus "Niva" markalı avtomobilə baxış zamanı isə oradan "AK-74" markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ