hemle

Sumqayıtda əməliyyat: Həbs olunanlar var

Tarix:21-06-2020, 09:27
Baxış Sayı:510

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

hemlemedia.az saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Zalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilib.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyev tutulub.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Müəllif: Hacı Zeynalov

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı