hemle

QURBAN BAYRAMI PANDEMİYA ŞƏRAİTİNƏ UYĞUN TƏŞKİL OLUNACAQ – VİDEO

Tarix:9-07-2020, 09:52
Baxış Sayı:439

ATESH,AZ saytı ONN medya agentliyinə istinadən yayımladı.

Bu il Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunmalı, heyvan satışı və kəsimi ilə məşğul olanlar COVID-19 testindən keçməlidirlər.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

O bildirib ki, kəsim və satış ilə məşğul olanlar maska taxmalı, ara məsafəsini gözləməlidirlər. Bu şəxslərə COVID-19 testini vermək isə mütləqdir. Çünki bayram günü Agentlik tərəfindən mütəmadi reydlər təşkil olunacaq. Əgər kimdəsə testin cavabı olmasa, həmin şəxs müəssisədən kənarlaşdırılacaq.

Qalib Əbdüləliyevin sözlərinə görə, vətəndaşlar qurbanlıq ət və ya heyvanın alışını öncədən də sifariş edə bilərlər. Bunun üçün həm müxtəlif marketlərdə, həm də heyvan kəsimi müəssisələrində şərait yaradılıb.

Artıq indidən qurbanlıq heyvan ilə bağlı sifarişlər var. Bu işlə məşğul olan Əli Hacıyev deyir ki, qurbanlıq heyvanı indidən alanlar bayram günü deyilən saatda yaxınlaşaraq kəsdirə bilərlər.

Satıcılar deyirlər ki, əksər insanlar qurbanını bayramın birinci günü kəsdirmək istəyir. Pandemiya şəraitində isə bunu çatdırmaq mümkünsüzdür. Ona görə də sifarişlər 3 bayram gününə uygun bölünəcək.

ATESH,AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər xəbərlər
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR