hemle

Azərbaycan Respublikasnın Prezidenti Ali Baş Komandan İlham Əliyevə Müharibə Veteranı Qadınlaraına Sosial Yardım İctimai Birliyinin şəhidlərlə bağlı müraciəti!

Tarix:27-01-2021, 17:12
Baxış Sayı:495

Azərbaycan Respublikasnın Prezidenti Ali Baş Komandan İlham Əliyevə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin şəhidlərlə bağlı müraciəti.
Cənab Ali Baş Komandan!
Biz müharibənin ağrısını, acısını yaşamış, şəhid olanların, şəhid ailəsinin dəyərini bilən insanlar kimi son günlər ölkədə baş verən hadısələri diqqətlə izləyirik və çox narahatçılıq keçiririk!. Azərbaycanın haqq işinin qalib olması üçün daimi olaraq dövlətimizin yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün canından keçən şəhidlərimizin qiymətləndirilməsi məqsədi ilə Sizin atdığınız addımlar hər birimizin ürəyindəndir. Lakin hərdən kimlərsə ölkədə qarşıdurma yaratmaqla dövlətin planlarını pozmağa çalşırlar.
Cənab Prezident! Qaradağ rayonunda baş vermiş hadısədən istifadə edib Azərabaycada qarşıdurma yaradılmasına imkan verməyin. Bunu bizdən şəhid ruhları istəyir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarına diqqət göstərmək, şəhid ailələrinin arzularının yüksək səviyyədə həll etmək dövlətin vacib məsələsidir, borcudur. Son günlər Qaradağ rayonunda baş vermiş hadısə əhali arasında haqlı olaraq narazılığa səbəb olub.
Cənab Ali Baş Komandan! Haqqını ödəyə bilməyəcəyimiz şəhidlərimizin yeri bizim başımızın üstündədir. Şəhid ailələri həyatımızda yaxşı nə varsa hər birinə layiqdirlər. Qaradağ rayonunda dəfn edilmiş şəhidlərimizin məzar yerləri şəhid ailələrimizin istəyinin əksinədir. Onlar öz övladlarının əvvəlki şəhidlər xiyabanında dəfn edilməsini istəyirlər. Hesab edirik ki, şəhid analarının tələbi yerinə yetirilməlidir. Əslində Şəhidin dəfn edildiyi hər yer müqəddəsləşir. Amma Qaradağ rayonunda şəhidlərimizin dəfn edilyi yerdə şəhid məzarları su içindədir. Elə buna görə də anaların haqlı narahatçılığını başa düşmək lazımdır.
Şəhidlərimizə sahib çıxmaq Ali Baş Komandanıma düşər. Bizdə Cənab Prezidentdən şəhidlərimizə sahib çıxmasını gözləyirik.
Uca tanrım ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin!.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir