ATESH,AZ saytı yayımladı.
Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu Azərbaycan qadını olaraq qətiyyətlə pisləyirik. Azərbaycanın ərazi bütövlyü, müsatəqilliyi uğrunda şəhid olan soydaşlarımıza allahdan rəhmət diləyirik. Uca tanrım yaralılarımıza şəfa versin..
Uzun illərdir Azərbaycan ərazilərinin işğaldan azad edilməsini böyük ümidlə gözləyən veteranlar ordusu adından Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edərək bilririk ki, bizə veriləcək hər bir əmrə hazırıq. Müharibədə olmuş insanlar kimi acı bir təcrübəmiz var. İstər döyüşdə istərsə də yaralılarımıza tibbi və ana-bacı şəfqəti göstərmək üçün hər an Ali Baş Komandanın göstərişi və Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri bizim üçün qanun olduğunu bildiririk. Müharibə veteranı qadınların çoxsaylı müraciətlərini nəzərə alaraq bildiririk ki, biz həmişə Azərbaycan dövlətinin Ali Baş Komandanın yanındayıq. Azərbaycan dövlətçilyinin qorunması, Azərbaycan sərhələrinin bərpası və toxunulmazlığı uğrunda dövlətimizin, hökumətimizin apardığı mübarizə və müharibədə Sizin yanınızdayıq. Sizi dünya azərbaycanlılarının Ptrezidenti olaraq sevirik, dəyərləndiririk.
Biz erməni daşnaqlarının işğalında ciddi problem olaraq miras qalan, Zəngəzurun və İrəvanın unudulmaması uğrunda fəaliyyət göstəririk. Qarabağın Ermənistan ordusunun işğalından azad edilməsi bizim həyatmızın mənasıdır.
Cənab Prezident Sizin söylədiyiniz; -Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcəyik. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir- ifadəsi bizim mübarizəmizin əsasını təşkil edir. Azərbaycan dövlətçiliyinin qorunması bizim həyat prinsipimizdir. Azərbaycanın həm təcavükarla müharibə aparması, eyni zamanda dövlət qurması təhsil, səhiyyə sistemlərinin, müxtəlif nazirliklərin o cümlədən qüdrətli ordunun yaradılması bu xalqın və Prezidentin güc birliyi hesabına baş tutub. Ölkədə xaos yaratmaq istəyənlər yəni Sizin təbirinizcə desək beşinci kolonun dövlətimizi məhv etməsinə imkan verməməsi üçün dövlətimizin yanındayıq. 1992-ci ildə könüllülərdən təşkil edilmiş Azərbaycan ordusu tək Ermənistan deyil ona himayədarlıq edən nəhəng imperiyalarla, həmçinin 5-ci kolonun xainləri ilə silahsız döyüşdü. Bu gün Qafqazın möhtəşəm ordusuna sahib olan Azərbaycan əsgərinin həm döyüş əzmi həm hərbi döyüş hazırlığı, Ermənistanı yerlə yeksan etməyə çox güc sərf etmyəcəyini Ermənistanda bilir. Ordumuzun təminat və təchizatıda bunu deməyə əsas verir. Lakin müharibə şəhid verir, ölüm saçır, qan saçır. Bizlər də ordumuzda xidmət edən gənclərimizin əvəizinə şəhid olmağa hazırıq. İstər ölkə daxilində olan beşinci kolon, istərsədə böyük imperiyalara sığınaraq Azərbaycana qarşı elan edilməmiş müharibə aparan Ermənistana qalib olmağımız üçün Müharibə veteranı qadınlar Sizin əmrinizdədir. Səfərbərlik edlan edin. Bizi müharibəyə çağırın. Qarabağı erməni daşnaqlarının işğalından azad edin. Bizə Qələbə sevinci yaşadın. Biz Sizin Azərbaycan xalqının könlündə Azərbaycan yaşadıqca, sevgi ilə yaşamağınızı istəyirik. Çünki Siz buna layiqsiniz!
Radə Abbas
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri.
ATESH,AZ