hemle

AVMVİB BƏYANATLA ÇIXIŞ ETDİ: DÖYÜŞƏ HAZIRIQ!

Tarix:13-07-2020, 18:36
Baxış Sayı:493

Yayımlayan: www.Fedai.az
Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumu ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bəyanat verib.

Bəyanatda deyilir:

«Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Bu döyüşdə həyatını itirən şəhidlərimizlə bağlı başsağlığı verir və yaralılara isə Allahdan şəfa diləyirik.

Çox minlik veteranlar ordusu adından Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edərək, hər bir veriləcək əmrə hazır olduğumuzu və düşmənə qarşı aparılacaq əməliyyatlarda öz təcrübəmizlə iştirak etməyə hazır olduğumuzu bildiririk. Veteranların çox saylı müraciətlərini nəzərə alaraq bildiririk ki, bu müraciətlə ölkəmizin rəhbərinə köhnə döyüşçülərin rəğbətini və bu yolda atılacaq hər bir addımda dəstəyimizi bir daha bildiririk.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi; «Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir» — bu fikirlər bizim üçün qırmızı xəttdir. Bu xəttə qarşı çıxanların kimliyindən asılı olmayaraq, qarşılarında bizi görəcəklər. Ölkəmizin bir daha xaosa yuvarlamaq istəyənlərə bu imkanı verməyəcəyik. Düşmən Ermənistan və ona himayədarlıq edən nəhəng imperiyalarla, həmçinin 5-ci kolonun xainləriylə silahımız olmadan çarpışdıq, onların mənfur planlarını poza bildik. Hazırda güclü və nizamlı ordumuz var. Bu gün ordumuza və onun təchizatına daim diqqət ayıran İlham Əliyev kimi bir liderimizin olması, qürurvericidir. İstər daxildəki 5-ci kolon tör-töküntüləri, istərsə də imperiyalar əlində ov itinə çevrilmiş qondarma Ermənistan, tezliklə etdikləri hər cür xainliklərə görə cəzalarını alacaqdır. Buna əminik və hər kəsi dəfələrlə bunu düşmənə öz əməli, tutarlı arqumentləri ilə sübut etmiş liderin, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq.

Biz birlikdə güclüyük, cənab Ali Baş Komandan!

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı