hemle

Çavuşoğlu Soçidə Lavrovla Azərbaycan sərhədlərinin təhlükəsizliyini müzakirə edəcək

Tarix:28-12-2020, 16:58
Baxış Sayı:318

“Regional məsələlərdə fərqli tərəflərdə olsaq da Rusiya ilə bir çox sahədə əməkdaşlığımız var”.

“TRT Haber”in məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu kosovolu həmkarı ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O, Rusiya səfəri çərçivəsində müzakirə ediləcək mövzulara da toxunub:

“Suriyada fərqli tərəflərdəyik ancaq Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir. Liviyada da fərqli tərəflərdəyik, ancaq atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə fəaliyyətimizi sizlərlə bölüşdük. Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəyik. Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bu mövzu ətrafında da gələcəkdə atılacaq addımları müzakirə edəcəyik”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək.

Digər xəbərlər
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək
21:54 Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu - məhkəmə