hemle

Əslində Çavuşoğlu Lavrova belə deyib: “Qarabağda işğal sona çatmadan atəşkəsin mənası yoxdur...”

Tarix:1-10-2020, 23:16
Baxış Sayı:403

Türkiyə mənbələri xarici işlər naziri Mövlut Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla bu gün axşam saatlarında Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışıqları barədə məlumat yayıb.

TRT və digər Türkiyə KİV-ləri bildirir ki, diplomatik mənbələrdən alınan məlumata görə Çavuşoğlu Lavrovla danışıqlarında Ermənistan-Azərbaycan münaqişəsinə qalıcı həll tapmadan, işğal sona yetmədən atəşkəsin mənasının olmayacağını, atəşkəs bu gün əldə edilsə belə döyüşlərin yenidən başlayacağını çatdırıb.

Xatırladaq ki, Rusiya tərəfinin versiyasına görə nazirlər Qarabağda atəşin dayandırılmasına tərəfdar olduqlarını ifadə ediblər.

Rusiyanın Xarici Işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə edərək hərbi əməliyyatların dərhal dayandırılmasına tərəfdar olduqlarını bildiriblər.

ATESH,AZ saytı Virtualaz.org saytına istinadən bildirir ki, RF XİN-in cümə axşamı telefon danışıqlarının yekunlarına dair yaydığı məlumatda belə deyilir.

"Dağlıq Qarabağ ətrafında gərginliyin artması ətraflı müzakirə olunub. Nazirlər silahlı qarşıdurmanın davam etməsindən ciddi narahatlıqlarını ifadə edərək, hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini bildiriblər", - deyə sənəddə qeyd olunur.

Tərəflər "digər bölgələrdən qanunsuz silahlı birləşmələrin yaraqlılarının münaqişəyə cəlb olunmasının yolverilməzliyini"vurğulayıblar. "Bakı və Yerevana siyasi-diplomatik yardım göstərilməsi baxımından ölçülüb - biçilmiş addımların atılmasına ehtiyac var", - deyə məlumatda bildirilir.

XİN başçıları "Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə qayıtmaq məqsədilə vəziyyətin sabitləşdirilməsi üçün Rusiya və Türkiyənin fəaliyyətinin sıx əlaqələndirilməsinə hazır olduqlarını" bəyan ediblər.

Bununla yanaşı, Lavrov Çavuşoğlunun diqqətini ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağa dair səylərinə, o cümlədən Rusiya, ABŞ və Fransa prezidentlərinin oktyabrın 1-dəki birgə bəyanatına cəlb edib.

Nazirliyin məlumatında deyilir ki, tərəflər ikitərəfli gündəliyin aktual məsələlərinə də toxunub və gələcək əlaqələrin saxlanması barədə razılığa gəliblər.
ATESH,AZ

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam