hemle

Tarixi qələbənin tacı - Bakıda Zəfər paradı keçiriləcək

Tarix:10-12-2020, 09:49
Baxış Sayı:422

Azərbaycanın 44 günlük haqq savaşı tarixi qələbə ilə başa çatıb.

Bu gün Vətən Müharibəsində əldə etdiyimiz zəfərə həsr olunmuş hərbi parad keçiriləcək.

Zəfər paradı Bakının Azadlıq Meydanında baş tutacaq. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradın izləyiciləri Vətən Müharibəsində müzəffər ordumuzun düşməni pərən-pərən salarkən ələ keçirdiyi hərbi qənimətlərin bir qismini görə biləcəklər.

Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvlərinin izləməsi gözlənilir.

Bununla əlaqədar olaraq dünən Türkiyə Prezidenti Azərbaycana gəlib.

Möhtəşəm Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

Paradda maraqlı yeniliklər də gözlənilir. Belə ki, rəşadətli Azərbaycan ordusunun məhv etdiyi avtomobil, texnika nömrələrindən hazırlanmış nəhəng “Qarabağ Azərbaycandır” yazısı nümayiş etdiriləcək.

Azneft meydanına qədər hər kəs paradı izləyə biləcək.

Zəfər paradında Şuşaya sancılan bayrağı meydana hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendant Zaur Məmmədov gətirəcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir