hemle

Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

Tarix:1-12-2020, 17:20
Baxış Sayı:402

Hərbi mənbələrdən Modern.az-a verilən məlumata görə, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı Modern.az-a danışıb.

O, paradın tarixi barədə hələlik məlumatsız olduğunu deyib:

“Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildirmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik.

Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə olacaq, bunu rəsmi qurumlar açıqlayacaqlar”.

Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:

“Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyi ilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir