hemle

Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"

Tarix:30-11-2020, 13:59
Baxış Sayı:293



“Şuşa döyüşlərində əsir düşdüm. Ordumuzun əks həmləsi zamanı əsirlikdən xilas oldum. Məni Yerevana aparmaq istəyirdilər. Şükür ki, hərbçilərimiz buna imkan vermədi”.

Bu sözləri xüsusi təyinatlı hərbçimiz Abuzər Əliyev deyib.

O bildirib ki, yaralı olsa da yenidən ordu sıralarına qoşulmaq istəyir.

Abuzər Əliyev düşmənin əsirlikdə ona işgəncələr verdiyini söyləyib:

“Mənim açıq yaralarım çox idi. Ayağımda, qolumda və burnumda qəlpə yaralarım var idi. Yaralarıma duz, istiot tökürdülər. Kəlbətinlə barmaqlarımı sıxırdılar və “tok” verirdilər.

İşgəncə verib məndən məlumatlar almaq istəyirdilər. Amma imkan verməzdim ki, mənim qardaşlarıma nəsə olsun. Heç bir məlumat vermədim və buna görə də mənə işgəncələr verirdilər”.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı