hemle

Qarabag şəhidi-erməni əsirliyində olmuş baş cavuş Fərhad Rəhman oğlu Atakişiyevin dogum günüdür

Tarix:4-07-2020, 15:24
Baxış Sayı:1 188

hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı.
1991-ci ildə Qarabağ bölgəsində hərbi əməliyyatar başlandığı zaman, ali təhsilini yarımçıq qoyaraq, könüllü surətdə cəbhəyə yollanmış və Kərkicahan qəsəbəsini müdafiə edən hərbi dəstələlərə qoşulmuşdur. 1991-ci ilin Dekabr ayının 28-i qeyri-bərabər döyüşdə, Milli Ordunun könüllü əsgərləri ilə birlikdə mühasiyərə düşmüş, yaralı vəziyyətdə əsir götürülümüşdür.


Qarabag şəhidi-erməni əsirliyində olmuş baş cavuş Fərhad Rəhman oğlu Atakişiyevin dogum günüdür
Yayımlayan: www.Fedai.az
1991-ci ildə Qarabağ bölgəsində hərbi əməliyyatar başlandığı zaman, ali təhsilini yarımçıq qoyaraq, könüllü surətdə cəbhəyə yollanmış və Kərkicahan qəsəbəsini müdafiə edən hərbi dəstələlərə qoşulmuşdur. 1991-ci ilin Dekabr ayının 28-i qeyri-bərabər döyüşdə, Milli Ordunun könüllü əsgərləri ilə birlikdə mühasiyərə düşmüş, yaralı vəziyyətdə əsir götürülümüşdür.

На изображении может находиться: 1 человек
Çoxsaylı itkilərin əsas səbəbini Fərhad Atakişiyevin bələdçiliyində görən erməni hərbi dəstələri ona qarşı fasiləsiz, amansız və xüsusi işgəncələr tətbiq etmişdir. Düşmənin hər tələbinə, «Qarabağ Azəbaycanındır!» cümləsi ilə cavab verən Fərhad Atakişiyev, bu səbədən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Ölümündən sonra haqqında «Cinealliance» kinoşirkəti tərəfindən «Qarabağdır Azərbaycan!» adlı film çəkilib və Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.

1970-ci il iyulun 3-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olmuşdur. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Sovet Ordu sıralarına çağırılmışdır. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuşdur. 1991-ci ilin oktyabr ayının 10-da Şıxov könüllülər batalyonuna yazılmışdır. Digər döyüş yoldaşları olacaq şəxslərlə birlikdə Dekabrın yeddisi Şəhidlər Xiyabanında and içib Qarabağ bölgəsindəki hərbi əməliyyatlarda iştirak üçün ali təhsilini yarımçıq qoyaraq, könüllü surətdə cəbhəyə yollanmışdır. Fərhad Atakişiyev anadan olduğu əraziləri yaxşı tanıdığına görə özünümüdafiə dəstəsinin bələdçisi olmuşdur. 1991-ci il dekabrın 26-da erməni silahlı qüvvələri güclü texnika ilə Kərkicahana hücum etmişdir.

Mehman Hüseynovun komandiri olduğu könüllü dəstə, Kərkicahan yaxınlığındakı yüksəklikdə erməni silahlı dəstələri ilə açıq döyüşə girmişdir. Səkkiz saat davam edən şiddətli döyüşdən sonra əlavə qüvvə gəlmədiyi üçün özünümüdafiə dəstəsi və Kərkicahan qəsəbəsi mühasirə altına düşmüşdür. 22 nəfərdən ibarət könüllülər dəstəsi, son mövqelərini dəyişmədən vuruşmuş, 13 nəfər itki verməklə, qəsəbə sakinlərinin mühasirədən çıxmasına müvəffəq olmuşlar. Könüllü özünümüdafiə dəstəsinə, xüsusən ən gənc döyüşçü olmasına görə Fərhad Atakişiyevə yerli camaat tərəfindən döyüş mövqeyindən çıxmaq, qəsəbəni tərk etmək təklifi edilmişdir. Bu təklif Fərhad Atakişiyev üçün öz döyüş yoldaşları və komandanlıq tərəfindən dəfələrlə təkrarlanmışdır.

Fərhad Atakişiyev, 1991-ci ilin Dekabr ayının 27-dən 28-ə keçən gecə, qeyri-bərabər döyüşdə, döyüşdükləri evin partladılması nəticəsində 8 könüllü əsgərlər ilə birlikdə mühasiyərə düşmüş, başından və dizindən yaralı, huşunu itirmiş vəziyyətdə əsir götürülümüşdür. 9 nəfər könüllü əsgər düşmən qüvvələri tərəfindən Xankəndi təcridxanasına gətirlimişdir. Döyüşçü, Əlif Hacıyev əsirlərin, xüsusi ilə də Fərhad Atakişiyevin qaytarılmasına çalısa da bu mümkün olmamışdır. Çoxsaylı itkilərin əsas səbəbini Fərhad Atakişiyevin bələdçiliyində görən erməni hərbi dəstələri ona qarşı fasiləsiz, amansız və xüsusi işgəncələr tətbiq etmişdir. Düşmənin hər tələbinə, «Qarabağ Azəbaycanındır!» cümləsi ilə cavab verən Fərhad Atakişiyev, bu səbədən xüsusi qəddarlıqla qətlə yetirilmişdir. 28 Yanvar 1992-ci il tarixdə, Fərhad Atakişiyevin meyidi qarşı tərəfdən alınmışdır və Ağdam rayonu Mərkəzi Xəstəxanasında müayinə olunmuşdur. Müayinə olunarkən, məhkəmə tibbi ekspertiza tərəfindən onun bədənində, hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək, 72 müxtəlif işgəncə növü aşkarlanmışdır.

Ölümündən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2009-cu il, 419 nömrəli sərəncamına əsasən, baş çavuş hərbi rütbəsi və Azərbaycan Bayrağı ordeni ilə təltif edilmişdir. Fərhad Atakişiyevə məxsus orden ölkə rəhbərinin tapşırığına əsasən E Mahmudov tərəfindən ailəsinə təqdim olunmuşdur.


Döyüş yoldaşları Fərhad Atakişiyev haqqındaArif İsmayılov: — «1991-ci ilin Dekabr ayının 7-də, Şəhidlər Xiyabanında andiçmə mərasimindən sonra, biz Şuşa şəhərinə ezam olunduq. Dekabr ayının 26-da isə biz Kərkicahan kəndinə ezam olunduq. Kərkicahan kəndində çox sərt mövqelər vardı. Xankəndi ilə üz-üzə idi. Fərhad yerli sakin idi. Bzi muhasirəyə düşəndə, Fərhad da bizim yanımızda idi. Ya mənim avtomatımı götürərdi, ya uşaqların avtomatını götürərdi, ya avtomatın darağını uşaqlar üçün doldurardı. Getdikcə biz sıxlaşırdıq. Həm yuxarıdan gəlirdilər həm böyürdən gəlirdilər. Ona təkliflər də olundu. Komandanımız tərəfindən, uşaqlar tərəfindən, mən özüm öz tərəfimdən ki; — «ay Fərhad bəs sən niyə çıxmadın? Sən çıxıb gedəydin gərək! Sən bilirsən ki, bu mühasirədir.» Fərhad dedi ki; — «Yox mən çıxa bilmərəm. Ayıb olar mənim üçün!». Elə oldu ki, evi partlatdılar. Bir neçə istiqamətdən. Yaralandıq hamımız. Yaralı vəziyyətdə bizi sürüyə sürüyə apardılar. Həmin vaxt görmüşəm Fərhadı da uşaqları da. Ondan sonra biz bir-birimizi görməmişik. Ancaq səsimizi eşitmişik. Fərhad dediyin deyirdi ki; — «Yox, Qarabağ bizimdir!». O sözü dedi Fərhad. Elə bil onun ətini kəsirdilər. Sümüyün sındırırdılar. Elə elə də olmuşdu.»
Arif İsmayılov: — «Hərbi sursatımız qurtardıqdan və yaralandıqdan sonra ermənilər bizi əsir götürdülər. Ondan sonra bir-birimizin üzünü görmədik. Əsirlikdə yan-yana qaldığımız kameralardan ancaq səslərimizi eşidirdik. Fərhadın səsi bu gün də qulaqlarımdadır. Ermənilər ona necə ağır işgəncələr verirdilərsə, Fərhad durmadan eyni sözü təkrarlayırdı. «Qarabağ Azərbaycanındır!».


Mehman Hüseynov: — «Fərhad əsirlikdə olduğu müddət ərzində «mən erməni çörəyi yemərəm» deyərək əsirlərə verilən bir parça çörəkdən də imtina edirdi. O, 22 gün əsirlikdə yaşadı. 22 günün hər günü ermənilərə tarix boyu unutmayacaqları dərs verirdi».


Aydın Əhmədov: — «Bu oğlan mənimlə birlikdə postda dururdu. Silahımı ona verirdim. Silahı yox idi. Gecələr yatmırdı. Bizə axıradək kömək etdi. Döyüşlərdə yaxşı iştirak edirdi.


Fərhad Fərhadov: — «Döyüşə getməyimiz başlandı Şuşada, Daşaltında. Mən məəttəl qalırdım. Mən Əbdüləzim adlı yoldaşımızdan soruşurdum ki: — «Kiminlə durmuşdun gecə postda?» Deyirdi: -«Fərhadla». Gəlirdim posta, yenə Fərhadla dururdum. Yatmırdı. Ermənilər oturduğu yerlər ki, var idi, gecə ilə gedib oradan silahları götürməyi bizə təklif elədi və qorxmadan irəli düşüb bizimlə getdi. Onların bütün oturduqları yerləri, mövqeləri bizə göstərdi. Silahları və qənimətləri ələ keçirməyimizin əsas səbəbkarı Fərhad oldu. Mühasirə vaxtı artıq camaatdan heç kəs qalmamışdı. Elə vaxt oldu ki, başqa yerin camaatı da gəlib bizə dedi ki, kömək edirik sizin buradan çıxmağınıza. Buradan salamat adam çıxmayacaq. Biz çıxmadıq. Əsir düşəndən sonra bizdən soruşdular bu (Fərhad) haralıdır deyə. Biz də əvvəlcədən danışıb qərarlaşdırmışdıq ki, belə hal olsa deyəcəyik ki, Bərdədəndir». Allah uzaq eləsin. Hələ bu günki gün də rəhmətlik Fərhadın səsi qulağımdan getmir. Ölən günümə qədər də getməyəcək.


Əbdüləzim Məmmədov: — «Yanvarın 28-də gecə saat 3-4 arası Fərhadı mənim olduğum kameraya gətirdilər. Ondan soruşdular ki, «bu kimdir, hansı şəhərdəndir?». Fərhad dedi ki, məni tikə-tikə doğrasanız da bir söz demərəm. Sonra soruşdular ki, komandiriniz kimdir? Yenə rədd cavabı aldılar. Daha sonra «Kərkicahan kimindir» deyə soruşduqda Fərhad qışqırdı ki, «Kərkicahan bizimdir, bizim də olacaq». Onun qollarına, ayaqlarına, boynuna armaturla çırparaq vəhşicəsinə öldürdülər. Mən bu dəhşətli ölümü öz gözlərimlə görmüşəm».


Pənah Məhərrəmov: — «Xankəndində təcridxana deyilən yer var. Bizi ora gətirdilər. Elə bilirdim ki, məni döyürlər. O dərədəcə. Mən çox həyəcanlanırdım. Onlar Fərhadı özlərinə ram edə bilmirdi. Fərhad onların dediklərinə əks cavab veriyinə görə Fərhada lap çox işgəncə verirdilər. Ermənilərə o təsir etmişdi ki, biz onu Bərdəli kimi təqdim etmişdik. Onlar da ona deyirdilər ki, biz səni tanıyırıq sən filankəsin oğlusan».
Ruslan Mir
ATESH,AZ
Allah rəhmət eyləsin

Digər xəbərlər
11:37 ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
11:34 Çin Azərbaycandan keçən dəhliz üçün… - Rus ekspert
11:31 Xaricdə təhsil alan 125 nəfərin diplomu tanınmadı
11:25 Azərbaycanın Təhlükəsizlik Şurasının katibi: "Bölgədə sülh dövrü faktiki bərqərar olunub"
11:17 Bu şəxslərə istilik verilməyəcək - XƏBƏRDARLIQ
11:14 Bu müəllimlərə əlavə pul veriləcək
11:07 Veteranlar 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər
09:38 İran prezidenti: "Bizə hücuma cəsarət etməmələri üçün..."