hemle

İmişli rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan qaçqın və məcburi köçkünlərlə, əlilliyi olan insanlarla görüş keçirib

Tarix:15-06-2018, 21:37
Baxış Sayı:1 024

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də "Müharibə Veteranı Qadınlarına Sosial Yardım " ictimai birliyidir.

Qeyd edək ki, “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihə Rusiyada və Azərbaycanda icra ediləcəkdir. Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbyacan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması işləri nəzərə tutulur.
Azərbaycan Pedeqoji Universitetinin Ağcabədi rayon Filialında və Ağdam rayon Humanitar İqtisad Kollecində “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbir keçirilmişdir. Layihənin icrası məqsədi ilə tədbirlər davam edir.

2018-ci ilin Ramazan bayramının son iftar süfrəsi zamanı İmişlidə olduq.

14 iyun 2018-ci il tarixində İmişli rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan qaçqın və məcburi köçkünlərlə, əlilliyi olan insanlarla görüş keçirildi. Görüşün məqsədi əlilliyi olan insanların problemlərinin araşdırılması və həll edilməsi üçün dövlətə ictimai dəstəyin verilməsidir. Müqəddəs Ramazan ayının son günü, bayram öncəsi olduğu üçün görüş keçirilən insanlar üçün iftar süfrəsidə açıldı. Ərzaq geyim və digər hədiyyələr, eyni zamanda layihənin icrası üçün nəzərdə tutulan təbliğat materialları paylaşıldı.







Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı