hemle

Azərbaycan -Dərbənd QHT-ləri arasında dostluq görüşü keçirilib

Tarix:25-05-2018, 21:48
Baxış Sayı:888

Mayın 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının konfrans zalında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqəsındə qalib olan "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri Radə Abbas və Aybəniz Qafarlı ilə Dərbənd şəhərində fəaliyyət göstərən bir çox təşkilat nümayəndələri arasında dostluq görüşü keçirilib.

Tədbirdə iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin direktoru Təranə Abbasova, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, Vaqif İsgəndərov, Tahir Saleh, Rafiq Mövsümov, Tofiq Bağırov, Telman Nəriman Hüseynov, "Dərbənd" qəzetinin nümayəndələri, müəllimlər və Azərbaycan tələbələr iştirak ediblər.

Görüşdə bölgələr arasında əlaqələrin rolundan danışan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətindən, uzun illərdi davam edən qonşuluq münasibətlərindən danışaraq bu gün bu əlaqələrin inkişafında iki ölkə arasında QHT nümayəndələrinin rolunun vacibliyini qeyd edib. Radə Abbas qeyd edib ki, xalqlarımız min illik tarixə, ümumi köklərə, oxşar mədəniyyətə və ənənələrə malikdir. Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılmasında birgə fəaliyyət göstərməli əlaqələri möhkəmləndirməliyik.

Tədbir iştirakçıları bu münasibətlərin inkişafından danışaraq öz fikirlərini bildiriblər.

Tədbirin sonunda universitet rəhbərliyinə və digər tədbir iştirakçılarına diplom və hədiyyələr verilib.





Digər xəbərlər
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq
14:45 İstilik təchizatı ilə bağlı yeniliklər olacaq
14:42 Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
14:37 Bu gün çox çətin olacaq: Elə şeylər baş verəcək ki... - Astroloq xəbərdarlıq etdi
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı