hemle

“Biz geri dönəcəyik...” - Laçının Zabux kəndindəki silahlı erməni qadın - VİDEO

Tarix:28-11-2020, 13:24
Baxış Sayı:327




Gecə saatlarından yayılmış xəbərlərdən bəlli olduğu kimi, artıq 10 Noyabr razılaşmasına əsasən mülki işğalçı ermənilər Laçın rayonunun 50 kəndini tərk ediblər. Lakin bir neçə gündür ki, erməni mənbələrində bəhs edilən rayonun mərkəzi olan Laçın şəhəri və daha iki kəndin Ermənistanın nəzarətində qalacağı haqda iddialar səslənir. Həmin kəndlərdən biri də Laçın-Gorus-Qafan-İrəvan yolunun üzərində, işğalçı ölkə ilə sərhəddə yaxın yerləşən Zabux kəndidir. Görəsən, hazırda hələ də ermənilərin qaldığı həmin kənddə nə baş verir?

News.am saytının yaydığı məlumata görə, “Axavno” adlandırılmış Zabux kəndinin qanunsuz erməni sakinləri evlərini boşaltmaq üçün əşyalarını toplayırlar. Muşeq Bakhuntsun sözlərinə görə, kəndin kimin nəzarətində qalacağıyla bağlı hələ də etibarlı məlumatları yoxdur. Əşyalarını toplayan digər qeyri-qanuni sakin Sasun Bağdalqulyan kəndin Azərbaycana veriləcəyini deyildiyini söyləyib. Eyni zamanda bildirilib ki, azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir. Bu halda evlərə toxunmamaq və sökməmək barədə xəbərdarlıq edilib.

“Heç birimiz kəndimizi, erməni elitasının etdiyi kimi, türklərə qoyub etməyəcəyik. Bu, son deyil, biz geri dönəcəyik. Biz əşyalarımızı çıxaracağıq, amma adamlarımız burada qalacaq. Bu dağın başında oturub gözləyəcəm, görüm, nə baş verir"- deyə Zabuxdakı çiynində avtomat silah olan erməni arvad bildirir.

Zabuxun qanunsuz “mer”i Andranik Çavuşyan qeyd edir ki, kəndin düşmənə təslim edilib-edilməyəcəyi rəsmən elan olunmayıb. O bildirib ki, sonadək mübarizə aparacaq və Zabuxdan heç bir erməni evinin köçürülməsinə imkan verməyəcək...(Moderator)

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı