hemle

Ermənilər Laçında - terrorçu adını daşıyan parkda QOZ ƏKDİ...-

Tarix:21-04-2020, 19:28
Baxış Sayı:608

Biz hələ gözləyirik, görək Lavrovla Minsk Qrupu başımızda bu dəfə hansı dolmanı bükəcək...


İşğal altındakı Laçın, Qubadlı, Zəngilan rayonlarımızda qondarılmış “Kaşataq” “rayonu”nun rəsmi qəzeti –“Merana”nın baş redaktorunun təşəbbüsü ilə “Berdzor” adlandırılmış Laçın rayon mərkəzində növbəti ağacəkmə aksiyası keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə erməni jurnalistlərə Laçın şəhərinin faktiki erməni meri Narek Aleksanyan danışıb.

Məlum olub ki, ağaclar Laçında - ermənilərin terrorçu “milli qəhrəmanı”, 1991-ci ildə Çaykənddəki məşhur “Həlqə” əməliyyatı zamanı gəbərdilmiş Tatul Krpeyanın adını daşıyan parkda o gorbagorun 55 illiyi münasibətilə əkilib. Parkda əkilmiş 12 qoz ağacı “Kaşatağın çoxuşaqlı ailələri” fonduna təhvil veriləcək.

Xatırladılır ki, terrorçu T.Krpeyan adına park bir neçə ilə öncə Yerevan dövlət universitetinin şərqşünaslıq kafedrasının keçmiş dekanı Qurqen Melikyanın təşəbbüsü ilə salınıb...

P.S. Biz hələ gözləyirik, görək, cənab Məmməyarovun Mantsakanyanla onlayn görüşündən sonra Lavrovla Minsk Qrupu başımızda bu dəfə hansı dolmanı bükəcək...


Sultan Laçın

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi