hemle

Fuad Muradov Niderlandın azərbaycanlı Milli Qəhrəmanının ailə üzvləri ilə görüşdü

Tarix:10-11-2018, 13:24
Baxış Sayı:616

Avropada keçirilən silsilə tədbirlər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Avropa Azərbaycanlıları Konqresinin (AAK) İdarə Heyətinin üzvləri Niderlandın Oistervijk şəhərinin meri Hans Janssen ilə şəhər meriyasının binasında görüş keçiriblər.

Görüş zamanı məlumat verilib ki, Oistervijk şəhəri əslən azərbaycanlı olan Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) adı ilə bağlıdır. Bu şəhərdə həmyerlimizin adını daşıyan ''Mamed Mamedovpad'' küçəsi açılıb və adının əbədiləşdirilməsi üçün abidə ucaldılıb.

Komitə sədri Fuad Muradov və AAK üzvləri soydaşımızın adını daşıyan küçəni gəzərək, həmin abidəni ziyarət ediblər.

Ziyarət zamanı Oistervijk şəhərinin sakinləri ilə də söhbətlər edilib.

Söhbət zamanı Fuad Muradov Niderlandın Brabant əyalətində II dünya müharibəsi zamanı fəaliyyət göstərmiş milli müqavimət hərəkatının digər azərbaycanlı üzvləri və onların yaxınları ilə bağlı məlumat alaraq, həmin şəxslərin axtarılıb tapılması barədə AAK İdarə Heyəti üzvlərinə tövsiyələrini verib.
Görüş zamanı Oistervijk şəhəri ilə Azərbaycan şəhərlərindən birinin "qardaşlaşmış şəhər" olması barədə təklif irəli sürülüb.

Görüşdə Məmməd Məmmədovun hazırda Niderlanda yaşayan qızı Nancy Məmmədova və onun həyat yoldaşı da iştirak edib. Komitə sədri Fuad Muradov onu Azərbaycana dəvət edib.

Görüşün sonunda Oistervijk şəhərinin meri Hans Janssene və Nancy Məmmədovaya Azərbaycandan aparılan hədiyyələr təqdim olunub.

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı