hemle

Türkiyədə daha bir Azərbaycan təşkilatı yarandı

Tarix:17-10-2016, 17:29
Baxış Sayı:755

Türkiyədə Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi yaranıb.
Bu barədə məlumat verən dərnəyin sədri Aynur Məmmədova əsas məqsədlərinin iki qardaş ölkə arasındakı dostluq,mədəniyyət, təhsil və birlik mövzularında fəaliyyətlərin uğurla davam etdirilməsi olduğunu qeyd edib.
“Düşünürəm ki, bu amillər iki qardaş ölkə arasında körpülərin daha da güclənməsinə təsir edəcək. Biz bu niyyətlə yola çıxmışıq. Dostlarımızla qarşıda planlarımız çoxdur. Sevindirici hal odur ki, dərnəyin yaranması Antalya ictimaiyyəti, rəsmi dairələri tərəfindən maraqla qarşılanıb. Xüsusilə, yerli Türk mediası dərnəyimizə diqqət ayırıb. Bundan sonra da qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətlərimiz davam etdiriləcək.”
Dərnəyin sədr müavini Köksal Selçik, baş katib Ruziyə Əhmədli seçilib.

Elnur Eltürk

Digər xəbərlər
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi