hemle

Deputat Prezidentə qarşı?.. - Milli Məclisin könlünə düşən qor

Tarix:13-11-2020, 14:42
Baxış Sayı:649

Vətən müharibəsi başa çatdı, Ali Baş Komandan İlham Əliyevin böyük iradəsi, peşəkar geosiyasi gedişləri, xalqın birliyi və əsgərlərimizin qəhrəmanlıqları hesabına qalib gəldik. Bu proseslərdə xalqla, dövlətlə bağlı qürurverici xeyli məqamlar üzə çıxdı, amma strateji postlarda çatıçmazlıqlara, qeyr-peşəkarlıqlara, hətta xainliklərə də rast gəlindi.
Üstəlik, yüksək postlarda oturan şəxslərin dövlətin, hətta Prezidentin ortaya qoyduğu prinsipial mövqeyin əleyhinə olan açıqlamalarına rast gəlinir.
Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun ölkəmizin mənafelərinə zidd, dövlət başçısının dediklərinin əleyhinə olan bəyanatının yaratdığı “başgicəllənməsi” bitməmiş deputat Könül Nurullayevin Türkiyə mətbuatına verdiyi sərsəm açıqlama gündəmə gəldi.
Məlumdur ki, Könül Nurullayeva hökumətin xeyir-duası ilə seçilən millət vəkilidi. Onun seçki kampaniyasında SOCAR prezidenti Rövnəq Abdullayev fəal iştirak edirdi. Və elə bu məqamla da gündəmə gəlmişdi. İndi isə Dövləti təmsil edən adam kimi xarici telekanala deyir ki, Azərbaycanın Ermənistanı məhkəməyə verməsi düz deyil.
Sitat: "Ermənistanın iqtisadiyyatı çökmüş, xarici borcu artmış, əhalisinin sosial təminatı pisləşmişdir. Azərbaycanın ondan təzminat istəməsi önəmli (düz) deyil".
Hansı ki, ölkə başçısı cəmi iki gün əvvəl yaralı hərbçilərimizlə görüşündə Ermənistanın ölkəmizə vurduğu maddi və mənəvi ziyana görə beynəlxalq məhkəmələrə veriləcəyini açıqlamışdı.
Rəsmi məlumatlara görə bu məsələlərlə bağlı artıq işlər də başlayıb. Belə ki, hələ müharibənin davam etdiyi günlərdə vəkillərin tutulduğu haqda tez-tez məlumatlara rast gəlirdik. 45 günlük savaşın demək olar ki, hər günündə baş verən erməni cinayətlərinin Azərbaycanın Baş Prokurorluğu tərəfindən rəsmləşdirilməsi, bu barədə xalqımızın və beynəlxalq aləmin məlumatlandırılması bunun olacağını göstərir.
Belə olduğu halda, xanım millət vəkili kimin vəkilidi? Bu ya prosesləri izləmir, dünyanın diqqət mərkəzində olan məsələdən xəbərsizdi, İlham Əliyevin bütün azərbaycanlıların izlədiyi çıxışlarına baxmır, ya da bizim bilmədiyimiz, ağıla gətirilməsi belə təşviş yaradan işlərlə məşğuldur.
Hər halda bu məsələləri aidiyyəti qurumlar araşdırmalı və Nuriyevanı Milli Məclisin könlünə salan şəxslərdən hesab sorulmalıdır.
[media=https://www.facebook.com/kenul.aypara.1]

Digər xəbərlər
18:20 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
18:19 Bu şəxslər dəmir yolundan da pulsuz istifadə edəcək
18:18 Bu şəxslər Azərbaycana buraxılmır
18:18 COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
14:50 Ermənistan Azərbaycanla şərti sərhəddə "səlibçi" bayraqlarını endirdi
14:48 “Axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsi” - Trampdan qalmaqallı açıqlama
13:20 Aİ Rusiya ilə müharibəyə hazırlaşır: sakinlərə qida və su ehtiyatı yığmaq tapşırıldı
13:18 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək