hemle

Birlikdə mübarizə aparsaq korrupsiyadan qurtularıq.

Tarix:17-09-2020, 19:47
Baxış Sayı:629

ATESH,AZ saytı MVQSYİB-nin sədri Radə Abbasin son zamanlar ölkədə baş verənlərə, əsasəndə korrupsiyaya qarşı münasibətini təqdim edir. Azərbaycan Prespublikasının Prezidentinin koorupsiyaya qarşı mübarizəsində xalqa arxalanması və xalqın Prezidentə dəstəyi çox əhəmiyyətli məsələdir. Birlikdə mübarizə aparsaq korrupsiyadan qurtulub Qarabağı Rusiyanın işğalından azad edə bilərik. Bu baxımdan məmurlarında üzərində düşən vəzifə vicdanlı olmaqdır.
Uzun illərdir Azərbaycanda korrupsiya əleyhinə mübarizə aparılsa da xalqın rifahına xidmət edəcək bir nəticə əldə olunmamışdır. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, əhalinin iş yerləri ilə təmin edilməsi, zavod və fabriklərin açılması korrupsiya əməllərinin ucbatından mümkün olmayıb və ya çox zəif şəkildə həyata keçirilib. Son zamanlar Azərbaycanda baş verən hadisələrin fonunda dövlətçilyin qorunması məqsədi naminə korrupsiya ilə mübarizə ön plana çəkilərək dövlətin prioritet məsələsinə çevrilmişdir. Korrupsiya tək rüşvət alıb vermək deyil. Məmur özbaşınalığı, süründürməçilik, ölkədə qarşıdurma yaratmaq, dövlət əleyhinə aparılan hər bir əməl özlüyündə korrupsiya əməlinin bir detalıdır. Korrupsiya dövlətçiliyi təhlikəyə atan çox qorxunc əməldir.
Xalqla dövlətin birliyinin, bütünlüyünün təmin edilməsi üçün korrupsiya əməllərinə son qoyulması dövlətin ən vacib tədbirlərindən biridir. Bütün dünya sistemində korrupsiya ilə mübarizə hər bir dövlətin dayaq sisteminin möhkəmlənməsinə xidmət edir. Dünyanın bir parçası olan Azərbaycanda bu mübarizənin aparılmasında fəaliyyət göstərir. Son zamanlar korrupsiyanın qarşısının alınması məqsədi ilə ölkədə islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev korrupsiya ilə mübarizə sahəsində öz iradəsini ortaya qoyaraq bütün cəmiyyəti bu mübarizəyə səsləyir. Uzun illərdir Azərbaycanı korrupsiyaya sürükləyən beşinci kolon dəstəsinin dağıdılması çətinlkilər bahasına başa gəlir. Çox ümid edirik ki, Azərbaycan dövlətçiliyini təhlükə qarşısnda qoymağa çalışan insanların korrupsiya əməllərinin cəzasının verilməsi gecikməyəcək.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi olaraq hesab edirik ki, Azərbaycanın tale yüklü məsələlərinin ən vacibi olan Qarabağın işğladna azad edilməsi yolunda böyük bir maniyə olan korrupsiya əməllərinin qarşısının alınmasına Xalqın və dövlətin birliyi ilə nail olacağıq.
Biz birlikdə güclüyük!!!
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir