hemle

1991-ci ildə Azərbaycanın Dövlət Müstəqilli əleyhinə səs verən deputatlar kimdirlər?

Tarix:28-07-2020, 12:52
Baxış Sayı:1 368

Azərbaycan Milli azadlıq hərəkatına başladığı zaman müstəqilliyimizə qarşı etiraz edənlərin əksəriyyəti bu gün Azərbaycan dövlətçiliyinin əksinədir. Xarici ölkələrin xüsusi xidmət orqanları ilə əşbirliyində çalışırlar.
Bir vaxtlar Azərbaycan müstəqilliyini bərpa edən qərar qəbul edəndə çoxsaylı Azərbaycan vətəndaşları müstəqilliyimizin əleyhinə səs verdi. Lakin sonradan hər biri Müstəqil Azərbaycan hökumətinində vəzifə tutmaq üçün dəridən qabıqdan çıxdılar.

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 29 il öncə – 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul edib.

O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.

Qəribə də olsa, müstəqilliyinin əleyhinə səs verənlərin bir çoxu müstəqillik illərində yüksək vəzifə tutub, deputat olub. Bəziləri bu gün də vəzifədədir və deputatdr. Müstəqil dövlət olmağımızın əlyhinə səs verənlər arasında müstəqilik illərində tutduğu vəzifə hesabına milyonçuya çevrilən, oliqarx olan, nəvəsinə milyonluq maşın kolleksiyası yaradanlar da var.

Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik.


1. Arif Rəhimzadə – deputat

2. Yaşar Əliyev – Azərbaycanın Çindəki sabiq səfiri

3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini

4. Fikrət Sadıqov – "Azərkimya” DŞ-nin keçmiş prezidenti

5. Samur Novruzov – sabiq deputat, vəfat edib

6. Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri

7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü

8. Gülnarə Qurbanova – sabiq deputat

9. Mixail Zabelin – deputat

10. Sultan Məmmədov – sabiq deputat, biznes fəaliyyətilə məşğuldur

11. Zeynəb Xanlarova – Xalq artisti, deputat

12. Madər Musayev – deputat

13. Yaşar Rzayev – sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı

14. Gennadi Timoşenko – sabiq deputat

15. Həsən Həsənov – keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir

16. Əli Həsənov – Baş nazirin müavini, "Qaçkınkom”un sədri

17. Şair Həsənov – Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir

18. İrşad Əliyev – sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı

19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri

20. Aslan Süleymanov – sabiq deputat

21. Arif Ağayev – Yasamal və Samuxun keçmiş icra başçısı

22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı

23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı

24. Tapdıq Kamalov – sabiq deputat

25. Rüfət Əsədov – Nazirlər Kabinetində sabiq şöbə müdiri

26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı

27. Arif Mövsümov – Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib

28. Cahangir Hüseynov – sabiq deputat

29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir

30. Telman Orucov – Sabiq deputat

31. Çingiz Sadıqov – sabiq deputat, vəfat edib

ATESH,AZ

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu