hemle

Yaşar Əliyev: “Qızım Ombudsman seçilərkən bir ata kimi sevincdən gözlərim yaşardı” - FOTOLAR

Tarix:23-04-2020, 23:32
Baxış Sayı:687

“Qızım Səbinə Əliyevanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilməsi bir ata olaraq məni də sevindirdi. Sevincdən göz yaşlarımı saxlaya bilmədim”.

Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev qızı Səbinə Əliyevanın Ombudsman seçilməsinə münasibət bildirərkən deyib.


Yaşar Əliyev çətin və məsuliyyətli işdə qızına uğur arzulayıb:

“Bir ata kimi ümid edirəm ki, Səbinə Əliyeva ona həvalə olunan vəzifənin öhdəsindən gələcək. Bu çətin və məsuliyyətli işdə ona uğurlar arzulayıram”.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsinə baxılıb.

Bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü.

Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib.

Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Cəmi 1 deputat əleyhinə səs verib.


Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. İxtisasca hüquqşünasdır.

S.Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

3-cü dərəcə Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur.
Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övladı var.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...