hemle

Bu şəxslər Azərbaycana buraxılmır

Tarix:1-11-2024, 18:18
Baxış Sayı:504



Sərhəd Nəzarətinin Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən etibarən axtarışda olan 26 min 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilib, ümumilikdə 86 min 123 əməliyyat tapşırığı yerinə yetirilib.

Bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.

O qeyd edib ki, dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 min 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilib.

"Eyni zamanda, müxtəlif səbəblərdən "arzuolunmaz şəxs” qismində 2 min 106 əcnəbi ölkə ərazisinə buraxılmayıb.

Qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 3 min 599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil edib, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kiloqram 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb”, - deyə E.Verdiyev əlavə edib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ