hemle

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı

Tarix:1-08-2024, 14:00
Baxış Sayı:686

DTX və DSX-dən birgə ƏMƏLİYYAT: Dörd nəfər saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
Görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 q çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Vəli Mahir oğlu Qasımov, 1988-ci il təvəllüdlü İsgəndər Cəfər oğlu İsgəndərov, 1993-cü il təvəllüdlü Aqşin Yusifəli oğlu Süleymanzadə və vətəndaşlığı olmayan, 1982-ci il təvəllüdlü Çingiz Fakralı oğlu Daşdəmirov cinayət başında yaxalanıblar.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda araşdırmalar davam etdirilir.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu