hemle

“France 24” telekanalı Gəncənin atəşə tutulmasına dair süjet hazırlayıb

Tarix:13-10-2020, 23:30
Baxış Sayı:425

Fransanın məşhur “France 24” telekanalı Gəncənin Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə tutulması, dinc insanların həlak olmasına dair süjet hazırlayıb.

hemlemedia.az saytı “Report” saytına istinadən xəbər verir ki, süjetdə cəbhədən, döyüş zonasından uzaq olan Gəncənin atəşə tutulması nəticəsində dinc insanların həlak olmasından, düşmən hücumunun törətdiyi dağıntılardan bəhs edilir. Bununla yanaşı, süjetdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.

Qeyd edək ki, “France 24”-ün əsası 2005-ci ildə əsası qoyulub. Telekanalın verilişləri fransız, ingilis, ərəb, ispan dillərində yayımlanır.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir