hemle

Atəşkəsə “Toçka” qoyulur... “Kommersant”

Tarix:12-10-2020, 20:28
Baxış Sayı:405

Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kiril Krivoşeyevin Qarabağda münaqişə zonasından və Gəncədən hazırladığı məqalə “Atəşkəsə “Toçka” qoyulur. Azərbaycana yenidən raketlər uçur” sərlövhəsi ilə dərc edilib.

KONKRET.az xəbər verir ki, müxbir əvvəlcə Tərtər rayonundan, burada Ermənistan ordusunun atdığı mərmilər nəticəsində dağılmış evlərin, yerli əhalinin zirzəmilərdə daldalanmasının şahidi olduğunu yazır. Müəllif bildirir ki, Bakıda Rusiya jurnalistləri üçün təşkil edilmiş brifinqdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov, deputat Nizami Səfərov və “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev onları münaqişə zonasında baş verənlər barədə məlumatlandırıblar.

Oktyabrın 11-də səhər Ermənistan ordusunun Gəncəyə raket atmasını eşidərək şəhərə gələn rusiyalı müxbir raketin yaşayış binasına düşməsi nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların olduğunu, su anbarı və su elektrik stansiyasının yerləşdiyi Mingəçevirin də atəşə tutulduğunu yazır. Gəncədə yaşayış evinin tamamilə dağıldığı, ətraf tikililərə də ciddi ziyan dəydiyi bildirilir.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin brifinqdə Ermənistan tərəfinin atəşkəsi pozması, işğaldan azad edilmiş Cəbrayıl və Hadrutu geri qaytarmaq cəhdləri, Ağdamı atəşə tutması barədə fikirləri yer alıb.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir