hemle

Prezidentin köməkçisi: “Ermənistan Goranboyu qadağan olunmuş silahdan atəşə tutub” - FOTO

Tarix:7-10-2020, 00:45
Baxış Sayı:578

ATESH,AZ saytı bildirir ki. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Goranboyda mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı məlumat yayıb.

Bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.

“Ermənistanın Goranboy ərazisində yerləşən kəndlərə kaset bombaları atması ilə bağlı iki hadisə qeydə alınıb. Ermənistan fəal şəkildə Azərbaycanın yaşayış ərazilərini atəşə tutur. Faktlar yerindəcə qeyd edilib. Hazırda hadisə yerində ANAMA əməkdaşları işləyir”, – H.Hacıyev yazıb.

Qeyd edək ki, kaset bombaları dünyada qadağan olunmuş silahlar siyahısındadır.
ATESH,AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı