hemle

Döyüşlərin dayanması üçün Ermənistan ordusu... - Yaponiya saytı

Tarix:1-10-2020, 16:56
Baxış Sayı:461

ATSH.AZ bildirir. Yaponiyanın “news.yahoo.co.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda döyüşlərin dayanması üçün Ermənistan ordusunun işğal edilmiş ərazilərdən tam çıxmalı olması ilə bağlı bəyanatını yayıb.

Teleqraf.com xəbər verir ki, yazıda Ermənistan ordusunun Azərbaycana qarşı təxribatlarından sonra sentyabrın 27-dən başlayan əks-hücumun hələ davam etdiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyi bu qərarında qətiyyətlidir.

Azərbaycan Prezidentinin sözlərini sitat gətirən sayt yazıb: “Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”.

Yazıda həmin torpaqların tarixi Azərbaycan əraziləri olması xüsusi qeyd edilir.

Məqalədə münaqişənin tarixinə də toxunulur. Bildirilir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan bu regionunda indi yalnız ermənilər yaşayırlar. Bu torpaqların azərbaycanlı sakinləri ya məhv edilib, ya da oradan qovulublar. İşğal olunmuş ərazilərdə yaradılan dırnaqarası “Dağlıq Qarabağ respublikası” isə heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən tanınmayıb.

Yazıda Ermənistan ordusunun Dağlıq Qarabağın ətrafında yerləşən daha yeddi rayonu işğal altında saxlaması barədə məlumatlar da yer alıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir