hemle

Ermənistan Azərbaycana hücuma hazırlaşır - RƏSMƏN TƏSDİQLƏNDİ

Tarix:20-09-2020, 18:28
Baxış Sayı:499

Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib.

Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin “başçısı” bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin “parlamenti” Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, “simvolik məna daşıyır.

ATESH,AZ saytı xəbər verir ki, bunu Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamentinin” Şuşa şəhərinə köçürülməsini şərh edərkən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir.

Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov və Prezident İlham Əliyev də açıqlamasında düşmənin yeni hücuma hazırlaşdığını bəyan edib.
ATESH,AZ

Digər xəbərlər
13:56 Zəlzələdən sonra İstanbulda malikanələr satışa çıxarıldı
13:53 İranda şok: Bayrağımızın əksi olan mallar qadağan edildi
13:50 Haaqa məhkəməsi Vardanyanla bağlı iddiaları rədd etdi...
13:39 İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
13:29 Yeni müharibə başlayır? - AÇIQLAMA
13:25 Sabah 29 dərəcə isti olacaq
13:16 Azərbaycanda kartofla soğan buna görə bahalaşır: Səbəblər bəlli oldu
13:13 Süni intellektin yaratdığı problemlər: Manipulyasiya, fırıldaqçılıq...