hemle

“Ermənilərin məqsədi açıq-aşkar görünür” ÖZƏL-MÜNASİBƏT

Tarix:24-09-2020, 20:52
Baxış Sayı:454

Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə ermənilərin davamlı şəkildə dezinformasiyalar yaysalar da, onların bu iddialarının ağ yalan olduğunu bütün dünya ictimaiyyəti yaxşı bilir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri vurğulayıb ki, ermənilərin Azərbaycanın nüfuzuna xələl gətirmək məqsəd güddüyü açıq-aşkar görünür. “Ermənstan hökumətinin özünün tertor təşkilatları ilə işbirliyi, onların imkanlarından geniş yararlandığı barədə bütün dünya ictimaiyyəti çox yaxşı bilir. Ermənilər hər zaman özlərinin olmayan gücünə güvənməyib və bütün fəaliyyətlərini terror üzərində qurublar. İstər ötən əsrin əvvəllərində Bakıda, Qubada, Şamaxıda və digər ərazilərimizdə törətdikləri terror aktları, qətliamlar, istərsə də ötən əsrin sonlarında Xocalı faciəsi kimi insanlıq dramına imza atmaları ermənilərin bu zamana qədər öz fəaliyyətlərini terror üzərində qurduğunu isbatlayır. Son zamanlar da terrorçuluqda məşhur olan ölkələrdən erməni əsillilərin, əslində isə terrorçu insanların Dağlıq Qarabağa köçürülməsi sübut edir ki, hal-hazırda da ermənilər, Ermənistan dövləti özü məhz belə maraqlar güdür.

Təbii ki, bunun yəni erməni əsilliləri adı altında terrorçuların Qarabağa köçürülməsi niyyətlərinin səbəbləri çoxdur. Əvvəla Ermənistan, erməni cəmiyyəti Azərbaycan ordusunun qarşısında acizliyini dərk edir. Məhz buna görə də bir növ, olmayan gücünə güc qatmaq fikrindədir. Azərbaycan ərazilərində terrorçuların qanunsuz şəkildə, beynəlxalq hüquqa zidd olaraq məskunlaşdırılmasına çalışan Ermənistan hakimiyyəti hərbi imkanlarının zəif olduğunu, ordumuz qarşısında dayana bilməyəcəyini dərk edərək bu addımı atır.
Digər tərəfdən terrorçuluq, separatçılıq bu toplumun, erməni cəmiyyətinin əvvəldən elə fəaliyyətinin əsasını təşkil edib və bununla da nəyə isə nail olmaq fikrindədirlər. Tarixə bir daha nəzər salsaq görərik ki, hər zaman ermənilər terrorçuluq fəaliyyətləri ilə dırnaqarası olaraq, fərqləniblər. Bu terrorçuluq fəaliyyəti təkcə ölkəmizə qarşı, türk dünyasına qarşı olmayıb, bütün dünyaya, insanlığa qarşı olub, özü də dəfələrlə. Dünyanın müxtəlif yerlərində, xüsusilə, Avropada, məsələn Fransada ermənilərin törətdikləri terror beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb və bunu yaxşı xatırlamalıdırlar. Bu gün məhz həmin beynəlxalq təşkilatlar artıq həmin o erməni toplumuna lazımi sanksiya tətbiq etməli, Azərbaycana qarşı ağ yalandan ibarət dezinformasiyalar yaymaq əvəzinə, özünün terrorçuları məskunlaşdırmaq, terrorçuların fəaliyyətinə, terrorçuluğa üstünlük vermək kimi niyyətindən çəkindirməlidirlər. Unutmamalıdırlar ki, terrorçuların təkcə Azərbaycanda deyil, dünyanın istənilən yerində terror törətməyəcəyinə kimsə zəmanət verə bilməz və onların özləri də ermənilərin, onların terrorçuluq fəaliyyətinin qurbanına çevrilə bilər. Bu baxımdan, bir sıra beynəlxalq təşkilatlar, demokratik qurumlar, hüquqi təsisatlar erməniləri həm dezinformasiyalardan, Azərbaycana qarşı təxribatlardan, eləcə də terrorçuluqdan çəkindirməlidirlər”, deyə Mehriban Abdullayeva bildirib.

Müəllif: İnam Hacıyev
ATESH,AZ

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?