hemlemedia.az saytı yayımladı.
Ernənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin ictimai müzakirəyə çıxarılması heç də təsadüfi deyil və dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.
İctimai birlyin sədri vurğulayıb ki, könüllü dəstələrin yaradılması Ermənistanın demoqrafik problem yaşadığını və ön cəbhəyə çıxartmağa resursu olmadığını təsdiqləyir.
“Uzun müddətdir ki, Ermənistan hakimiyyətinin nəzarət mexanizmini itirdiyi günün reallığıdır. İşğalçı ölkənin hakimiyyəti, mərkəzi hakimiyyət ələlxüsus orduya nəzarət edə bilmir. Əgər mərkəzi hakimiyyət orduya nəzarət edə bilmirsə, nəzarət mexanizmindən məhrumdursa, deməli bu hakimiyyət bu orduya etbar da edə bilmir. Belə bir şəraitdə, ələlxüsus Azərbaycanın aktiv mübarizəyə qoşulduğu bir zamanda, özü də Tovuz döyüşlərinin ardınca ermənilərin qorxusunu başa düşmək də çətin deyil. Yəni, öz ordusuna etibarı olmayan Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyət qarşısında könüllü dəstə yaratmaq istəyi bundan, bu qorxudan dolayıdır.
Eyni ilə aprel döyüşlərinin ardınca Serj Sarkisyanı qınadığı kimi, hazırda erməni cəmiyyəti Tovuz döyüşlərindəki məğlubiyyətlərinə görə Paşinyanı hədəfə alıb, baxmayaraq ki, erməni baş nazir bu məğlubiyyətləri, itgiləri gizlətməyə, onları qələbə kimi qələmə verməyə çalışır. Çünki, aprel döyüşlərinin məölubiyyətinin ardınca hakimiyyətdən uzaqlaşdırılan Serj Sarkisyandan sonra, Tovuz döyüşlərində Ermənistanın məğlubiyyətinə görə növbə Nikol Paşinyanındır. Bu baxımdan Paşinyanın öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışdığı gün kimi aydındır.
Ən əsası isə, könüllü dəstələrin yaradılması istəyi, Ermənistan ordusunun zəif olduğunu isbatlayır və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır”, deyə Mahriban Abdullayeva bildirib.
Müəllif: İnam Hacıyev
hemlemedia.az