hemle

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi“ İctimai Birliyi yeni layihənin başlanğıcına start verib.

Tarix:23-07-2020, 17:05
Baxış Sayı:2 829

ATESH,AZ saytının məlumatına verdiyinə görə “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi“ İctimai Birliyi yeni layihənin başlanğıcına start verib.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi“ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Postpandemiya dövründə region vətəndaşlarının maarifləndirilməsi, onlara bu mövzuda psixoloji dəstəyin göstərilməsi” adlı layihə həyata keçirəcək.
COVID-19 pandemiyası dövründə mövcud vəziyyətlə əlaqədar layihənin icrasını seçilmiş regionlarda, hər birində gigiyenik qaydalara əməl etməklə, məsafəni qorumaqla 10 nəfərlik tədbirlər şəklində həyata keçiriləcək. COVİD-19 pandemiyası dövründə gigyenik qaydalara əməl olunması barəsində məlumat veriləcək. Bukletlər layihənin icrası dövründə məlumatlandırma üçün yeniyetmə və gənclərə, keçiriləcək tədbirlərdə iştirak edəcək qonaqlara, rayon əhalisinə paylanılacaq. Əhaliyə psixoloji dəstək göstəriləcək.
Layihədə həyata keçirilmiş fəaliyyətlər, tədbirlər nəticəsində yeniyetmə və gənclər, vətəndaş cəmiyyəti, seçilmiş regionların əhalisi COVİD-19 virusunun qurbanına çevrilməmə və bu problemin yaratdığı psixoloji sarsıntı, daha sonrakı ortaya çıxaracaq fəasadlar məlumatlandırılacaqlar.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi“ İctimai Birliyinin sədri Mehriban Abdullayeva bildirib ki, layihədə qaldırılmış problemlə əlaqədar həyata keçiriləcək fəaliyyətlər nəticəsində geniş ictimaiyyət, yeniyetmə və gənclər COVİD-19 virusunun qurbanına çevrilməmə, postpandemiya dövründə necə rəftar etmələri barəsində daha dərin və tutarlı məlumatlanmış olacaq. Daha önəmlisi isə bizim həyata keçirəcəyimiz bu layihənin simasında bu istiqamətdə atılacaq addımların vacibliyi gələcəyimiz olan gənclərə, eyni zamanda KİV-lər vasitəsilə butün Azərbaycan vətəndaşlarına, daha geniş gənc auditoriyalarına çatdırılacaq- deyə təşkilatın sədri qeyd edib.
Qeyd edək ki, təşkilatın həyata keçirəcəyi layihə 4 ay müddətində 5 regionu - Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şirvan- əhatə edəcək.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir