hemle

Yerli icra hakimiyyəti orqanında vəziyyət heç yaxşı deyil - Azay Quliyev

Tarix:6-05-2020, 08:20
Baxış Sayı:405

Milli Məclisin plenar iclasında cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Azay Quliyev ictimai nəzarət məsələsinin əhəmiyyətindən bəhs etdi.
A.Quliyev diqqəti dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çıxışına çəkib:


"Cənab Prezident mayın 1-də baş prokuroru qəbul edən zaman neqativ hallarla, xüsusilə korrupsiya və rüşvətxorluqla effektiv mübarizədə vətəndaşlar tərəfindən ictimai nəzarətin tətbiq olunmasının vacibliyini və önəmini bir daha xatırlatdı.

Əsas sual da budur
Gəlin görək ictimai nəzarət mexanizmi nədən ibarətdir və bundan necə istifadə olunur. Bilirsiniz ki, Avropada ən yaxşı ictimai nəzarət mexanizmini özündə ehtiva edən örnək hüquqi bazalardan biri, bəlkə də birincisi məhz 2013-cü ildə “İctimai İştirakçılıq haqqında” qanunu qəbul etməklə Azərbaycanda yaradılıb.
Qanuna əsasən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkili üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdi.
Təəssüflər olsun ki, bu qanun tətbiqində ciddi problemlər mövcuddur.
Birinci heç də bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları belə bir nəzarət mexanizminin yaradılmasında maraqlı görsənmirlər.

Qanunun tələbinə baxmayaraq keçən 7 ildə 33 mərkəzi icra hakimiyyəti orqanından yalnız 11-də ictimai şura yaradılıb.
Yerli icra hakimiyyəti orqanında isə vəziyyət heç yaxşı deyil. 80 yerli icra hakimiyyəti orqanının yalnız 5-də ictimai şura təsis olunub.

Mən yerli özünüidarəetmə orqanlarından heç danışmıram. Bələdiyyələrdə ümumiyyətlə bu haqda təsəvvür belə yoxdur. Ona görə də bu gün həmin qurumların fəaliyyətinə effektiv ictimai nəzarəti tətbiq etmək mümkün deyil.
Nəticədə şəffaflıq və real hesabatlılıq arxa plana keçir. Problemləri qabaqcadan önləmək mümkün olmur. Bu cəhətdən 4 rayonun icra başçılarının düşdüyü biabırçı vəziyyətin hamımız şahidi olduq.

Bu baxımdan ictimai nəzarət mexanizminin tətbiqi dövlət məmurlarının birbaşa marağında olmalıdır və onlar ictimai şuraların yaradılmasından çəkinməməli və qanunun tələb etdiyi kimi bu qurumu yaratmalıdırlar.


İkinci problem mövcud ictimai şuraların yaradılması və onların fəaliyyəti ilə bağlıdır. Əlbəttə ictimai şuraları yaradan bütün qurumların rəhbərlərinə təşəkkür etmək lazımdır. Lakin bəzi ictimai şuraların yaradılmasının mənasını başa düşmək çətindir.
Belə ki, bir sıra ictimai şuralar formal olaraq yaradılır, yəni müvafiq icra hakimiyyəti özünə yaxın və loyal QHT-lərdən ibarət sanki bir alt qurum və ya lobbi qrupu formalaşdırır. Belə halda onlar necə ictimai nəzarəti həyata keçirə, nöqsanları ictimailəşdirə və ya problemlərin həlli üçün təkliflər verə bilər.
Bundan başqa bəzi nazirliklər ictimai şura üzvlərinə qrant verirlər. Bu da doğru deyil və ən azından ictimai iştirakçılıq haqqında qanunun 6.7-ci maddəsinin pozulmasına, maraqların münaqişəsinə və dövlət qurumundan şura üzvlərinin asılı olmasına gətirib çıxarır. Bu da ictimai nəzarətin mahiyyətinə və fəlsəfəsinə tamamilə ziddir.
İctimai Şuraların bir çoxu nə illik hesabat verir, nə ictimai dinləmə və müzakirələr keçirir, nə də yanında fəaliyyət göstərdiyi qurumun işinin təkmilləşdirilmsi və problemlərin həlli istiqamətində təkliflər verir və yaxud hər hansı bir tənqidi hesabatlar lazırlayırlar. Buna görə də bu cür ictimai şuraların varlığı hiss olunmur.
Bir də ictimai şuraların üzvlüyünə seçkilər şəffaf və rəqabət şəraitində keçirilməlidir ki, ora müstəqil və peşəkar şəxslər seçilə bilsinlər.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ