hemle

Razi Nurullayev parlamentdə QHT-lərlə bağlı problemləri səsləndirdi

Tarix:25-04-2020, 00:14
Baxış Sayı:461

İctimai təşkilatlara tətbiq edilən hüquqi məhdudiyyətlər tam aradan qaldırılsın.
Dünyada koronavirusla mübarizə üçün milyardlarla vəsait ayrılıb. Niyə bizim təşkilatların o fondlardan maliyyə alıb ehtiyaclı insanlara kömək etməsi əngəllənir?

QHT.az xəbər verir ki, bu məsələ ilə bağlı Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev çıxış edib.

O bildirib ki, Prezident İlham Əliyevin ən çox sevdiyi və istifadə etdiyi sözlərdən biri ictimai nəzarət ifadəsidir.
"Onu isə ictimai təşkilatlar həyata keçirir. Məlumdur ki, QHT-lər haqqında qanuna məhdudlaşdırıcı müddəalar əlavə edilib. İctimai təşkilatlar yeganə olaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sayəsində nəfəslik ala biliblər. Məhdudiyyətlər xarici fondlardan maliyyə vəsaitinin alınmasını qadağan edir. Bu qadağa nəticəsində professional ictimai nəzarət yox olub. Iddia edildi ki, bu məhdudiyyətlər bəzi təşkilatların qrant vəsaitlərini rəngli inqilablar lehinə xərclədiyi üçün tətbiq edilir.

Nə baş verdi? Dövlətçilik əleyhinə işləməsi deyilən təşkilatlar yenə də maliyyələşə bilirlər. Daha nə dəyişdi ki? Əvəzində bütün neytral və professional təşkilatlar sıradan çıxıb. Bu məhdudiyyətlərin təmamən aradan qaldırılmasını təklif edirəm. Bir araşdırma apardım və gördüm ki, koronavirusla mübarizə üçün dünyada milyardlarla vəsait ayrılıb. Niyə bizim ictimai təşkilatlar bu fondlardan yararlanıb ehtiyaclı ailələrə kömək etməsinlər? Axı niyə hökumət hər problemə özü yüklənsin? Mövcud resurslardan niyə istifadə olunmasın?

Eyni zamanda, şirkətlərin yanında fondların yaradılmasının stimullşadırılmasını təklif edirəm ki, biznesin ora köçürülən vəsaiti də vergidən təmamən azad edilsin. Heydər Əliyev Fondu ciddi köməklik göstərir. Çox gözəl və alqışlanası təşəbbüsdür və buna görə Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Qoy şirkətlərin öz nəzdlərində yaradacaqları ictimai fondlar da minlərlə ailələrə kömək etsinlər. Bu məsələnin qanuniləşdirilməsinə ehtiyac var. Ənənə isə Heydər Əliyev Fondu tərəfindən formalaşdırılıb."

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı