hemle

"QHT-lərin maliyyə dəstəyinə ehtiyacı var"

Tarix:13-11-2018, 17:52
Baxış Sayı:434

Bu gün qeyri-hökumət təşkilatlarını ehtiyaclarının büdcə maraqlarımıza uyğun şəkildə qarşılamaq baxımından bir sıra çətinliklərlə üzləşirik.

Atəsh.az bildirir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
A.Quliyev bildirib ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarına, xüsusilə qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi həyata keçirilir:

"Hesab edirəm ki, bu çox mühüm məqamdır. Ölkə ictimaiyyəti, xüsusilə ictimai sektor dövlət qayğısını yüksək qiymətləndirir. Bu gün QHT-in ehtiyaclarını büdcə maraqlarımıza uyğun şəkildə qarşılamaq baxımından bir sıra çətinliklərlə üzləşirik. Mən hörmətli maliyyə naziri Samir Şərifovdan xahiş edirəm ki, bu məqama diqqət yetirsin. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait son 3 ildir artmır, əksinə azalır. Nəzərə alsaq ki, 2015-ci ildə 6,6 milyon manat vəsait ayrılmışdısa, indi bu vəsait 5,6 milyon manata endirilib. Biz bu vəsaiti QHT-lər arasında bölsək isə çox az vəsait edir".

A.Quliyev qeyd edib ki, digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün dövlətin maraqlarını qoruyan QHT-in dəstəklənməsinə xüsusi ehtiyac var:

"Bu gün bir çox sahələrdə QHT yalnız dövlətin verdiyi dəstəyi alır. Onların başqa maliyyə mənbəsi yoxdur. QHT-lərin həm ölkə daxilində, həm də ölkə xaricində dövlətimizin maraqlarını müdafiə etməsi baxımından maliyyə dəstəyinə ehtiyac var. Mən Samir Şərifovdan bir daha xahiş edərdim ki, QHT-ə ayrılan vəsaitə bu baxımdan da qiymət verilsin. Hazırki dövlət büdcəsindən əlavə 4,6 milyon manat vəsait Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılsın. Şuranın ümumi büdcəsinin 10 milyon 200 min manat həcmində müəyyənləşdirilməsi məsələsinə baxılsın. Ümid edirəm ki, hökumətimiz bu məsələyə daha qayğılı yanaşacaq və qaldırılan məsələlərə müəyyən mənada dəstək verəcək".

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış