Xarici QHT-lərə verdiyimiz dəstək iki ilə yaxındır ki, dayanıb. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədri,Milli məclisin deputatı Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Milli maraqlarımızın təminatı baxımından həmin layihələrin bəzisi mətbuata açıq olub,bəzisi isə qapalı olub.Layihənin donorunun kimə məxsus olduğunu qabarıq şəkildə verməyin tərəfdarı olmamışıq.
Şura sədri QHT-lə üçün ayrılan maliyyə vəsaitinə də münasibət bildirib. Azay Quliyev qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsait 5 milyon manatdır.Ölkədə 4000-nə yaxın QHT fəaliyyət göstərir. Həmin məbləği 4000 QHT arasında böldükdə hər bir QHT-yə 1200 manat pul düşür.
Şuranın elektron sisteminin gücləndirildiyini bildirən Azay Quliyev bu ildən appelyasiya müracieətlərinin də elektron formada həyata keçirilməsinə çalışacaqlarını deyib. Onun sözlərinə görə, smartfonlar üçün şurasnın bütün xidmətlərini özündə əks etdirən proqram yaradılacaq. Şura sədri vurğulayıb ki, bütün bunlara baxmayaraq müqavilə öhdəliyini pozan,hətta layihələrini elektron qaydada təqdim ede bilməyən QHT-lər var.
Bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədr, Milli Məclisin deputatı Azay Quliyevin iştirakı ilə 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Azay Quliyev çıxışı zamanı bildirib ki, ümumilikdə 2017-ci il şura üçün uğurlu il olub. 500-ə yaxın QHT qrant alıb, 400-dən çox çap məhsulu, 100-ə yaxın film, video çarx və saytlar hazırlanıb. 2018-ci ilin prezident İlham Əliyev tərəfindən Azərbaycan xalq Cümhuriyyəti ili elan olunduğuna diqqət çəkən Azay Quliyev Cümhuriyyətə həsr olunan tədbirlərin keçirilməsinə töhfə verəcəklərini vurğulayıb.
Azər Azadzadə Atəs