hemle

“Əminliklə deyirəm ki, qələbə günü uzaqda deyil” - Deputat

Tarix:22-09-2020, 12:37
Baxış Sayı:409

ATSH.AZ bildirir. “Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Buna baxmayaraq, yüksək döyüş əzmində olan ordumuz torpaqlarımızı azad etməyə və bütün cəbhələrdə düşməni geri oturtmağa qadirdir”.

Teleqraf.com xəbər verir ki, bunu cəbhədəki gərginliyə münasibət bildirərkən deputat Vüqar Bayramov deyib.

Deputat ötən gün dövlət sərhədinin Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 1 hərbi qulluqçumuzun şəhid olduğunu, 1 əsgərimizin də yaralandığını qeyd edib:

“BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistanın təxribat xarakterli əməlləri onun iç üzünü aşıq-aşkar göstərir. Əslində, ölkəmizin bir şərti var: işğalçılar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar”.



Vüqar Bayramov bildirib ki, artıq bıçaq sümüyə dirənib: “Ali Baş Komandanımızın qeyd etdiyi kimi Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Reallıq isə bundan ibarətdir ki, Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Bütün bunlara baxmayaraq, yüksək döyüş əzmində olan ordumuz torpaqlarımızı azad etməyə və bütün cəbhələrdə düşməni geri oturtmağa qadirdir.

Ordumuzun hərbi hazırlığına və döyüş əzminə, vətəndaşlarımızın yüksək vətənpərvərlik və milli birlik hissinə güvənərək əminliklə qeyd edirəm ki, böyük qələbə günü uzaqda deyil”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir