hemle

“Dayanmaq olmaz, irəli getməliyik…”

Tarix:12-07-2020, 21:04
Baxış Sayı:631

“Qarabağ qaziləri” ictimai birliyi cəbhədə baş verən erməni təxribatına öz münasibətlərini bildirərək əsgər və zabitlərimizə dəstək ifadə ediblər

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Təəssüf ki, döyüşü itkisiz başa vura bilmədik. Belə ki, döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

“Qarabağ qaziləri” ictimai birliyi cəbhədə baş verən erməni təxribatına öz münasibətlərini bildirərək cəbhədə azğın düşmənlə ağır döyüşə girən əsgər və zabitlərimizə dəstək ifadə ediblər.

“Qarabağ qaziləri” birliyi cəbhədə baş verən erməni təxribatı ilə bağlı bildirib:

“Cəbhədə düşmənin təxribat törətməsi və ordumuzun onlara cavab verməsi barədə xəbərləri həyacanla izləyirik! Qazilər birliyi olaraq bəyan edirik ki, bu gərgin anlarda ordumuzun yanındayıq! Minlərlə Qazi döyüşə hazırdı! Allah əsgər və zabitlərimizə kömək olsun! Qazilər Silahlı Qüvvələr Komandanlığından düşməni sona qədər qovaraq torpaqlarımızdan çıxaracaqlarına ümid edir. Biz gözləyirik ki, artıq işğalçılar torpaqlarımızdan tamamilə çıxarılacaq və Qarabağ azad olunacaq. Dayanmaq olmaz. İrəli getməliyik”.

ATESH,AZ saytı Qaziler.az saytına istinadən yayımladı

Digər xəbərlər
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
11:10 Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz
10:59 Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq
10:56 Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik
10:51 Azərbaycan və Ermənistan nümayəndələri görüşdü
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR