hemle

ERMƏNİ TƏXRİBATI SƏNGİMİR: BU YOLA DA ƏL ATDILAR – ŞOK FOTO

Tarix:21-09-2020, 23:36
Baxış Sayı:385

Müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır. Düşmənlərimiz (yalnız ermənilər deyil) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər.

hemlemedia.az saytı xəbər verir ki, bu barədə siyasi ekspert Vüqar Zifəroğlu qeyd edib. O bildirib ki, sosial şəbəkə istifadəçiləri paylaşımlarına diqqət edilməlidir:

“Dəfələrlə qeyd etmişik: İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumlar deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni əhatə edir. İnformasiya müharibəsi – beyinlərə yönəlik həmlədir. Hədəfdə çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır.

Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni “feyk səhifə”ləri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik.

Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bu prinsiplərdən çıxış etməliyik”.


Politoloq fikirlərinin izahı üçün foto-skrin də paylaşıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyətin düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşləşməsi barədə məlumat yayıb.
hemlemedia.az

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?